icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “Onlayn Azərbaycan layihəsinin şəhərsalma prosesində rolu”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding-in stendində “Aztelekom” MMC tərəfindən “Onlayn Azərbaycan” layihəsinin şəhərsalma prosesində roluna dair infosessiya keçirilib.

Sessiyada genişzolaqlı internet infrastrukturunun şəhər inkişafına təsiri, rəqəmsal xidmətlərə çıxışın genişləndirilməsi, “ağıllı” şəhər həllərinin dəstəklənməsi və “Onlayn Azərbaycan” layihəsinin regionların rəqəmsal transformasiyasına töhfəsi barədə məlumat verilib.

İnfosessiya iştirakçılar arasında rəqəmsal infrastruktur və şəhərsalmanın gələcəyinə dair səmərəli müzakirələrlə yadda qalıb.

img
img
img
img
img