AZCON Holding-in stendində infosessiya: “Şəhər analitikası üçün geoməkan əsaslı süni intellekt həlləri”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində Azərkosmos tərəfindən “Şəhər analitikası üçün geoməkan əsaslı süni intellekt həlləri” mövzusunda infosessiya keçirilib.
Sessiyada geoməkan məlumatlarının süni intellekt texnologiyaları ilə inteqrasiyası, şəhər analitikası sahəsində innovativ həllərin tətbiqi, urbanizasiya proseslərinin təhlili və “ağıllı” şəhər idarəçiliyində rəqəmsal alətlərin rolu barədə məlumat verilib.
Tədbir iştirakçılar arasında maraqlı fikir mübadiləsi və texnoloji yeniliklər ətrafında məhsuldar müzakirələrlə yadda qalıb.