icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “Şəhər inkişafı üçün veb-əsaslı Coğrafi İnformasiya Sistemləri (GIS) həlləri”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding-in stendində Azərkosmos tərəfindən “Şəhər inkişafı üçün veb-əsaslı Coğrafi İnformasiya Sistemləri (GIS) həlləri” mövzusunda infosessiya təşkil olunub.

Sessiya zamanı şəhər planlamasında rəqəmsal xəritələmə texnologiyalarının rolu, məlumat əsaslı qərarvermə mexanizmləri, coğrafi məlumatların idarə olunması və “ağıllı” şəhər həllərində GIS platformalarının tətbiq imkanları təqdim edilib.

İnfosessiyada iştirakçılarla şəhər idarəçiliyində innovativ texnologiyaların rolu və rəqəmsal transformasiyanın perspektivləri ətrafında maraqlı müzakirələr aparılıb.

img
img
img