AZCON Holding-in stendində infosessiya: “Şəhər mühitində rəqəmsal identifikasiya və e-KYC: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı qoşulması”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində “AzInTelecom” MMC tərəfindən “Şəhər mühitində rəqəmsal identifikasiya və e-KYC: SİMA ilə vətəndaşların rəqəmsal xidmətlərə etibarlı qoşulması” mövzusunda infosessiya keçirilib.
İnfosessiyada SİMA rəqəmsal həllərinin təqdim etdiyi təhlükəsiz identifikasiya imkanları, e-KYC prosesinin üstünlükləri, vətəndaşların rəqəmsal xidmətlərə sürətli və etibarlı çıxışının təmin olunması, həmçinin şəhər mühitində innovativ texnologiyaların tətbiqi barədə məlumat verilib.
Sessiya iştirakçılarla aparılan interaktiv fikir mübadilələri ilə yadda qalıb.