AZCON Holding-in stendində infosessiya: “Şəhər planlaşdırılması üçün Yer müşahidəsi texnologiyaları”
Paylaş
WUF13 çərçivəsində AZCON Holding-in stendində Azərkosmos tərəfindən şəhər planlaşdırılması üçün Yer müşahidəsi texnologiyalarının tətbiqi və innovativ yanaşmalarla bağlı infosessiya keçirilib.
Sessiyada peyk müşahidə məlumatlarının şəhərsalma proseslərində istifadəsi, şəhər inkişafının monitorinqi, infrastruktur planlaşdırılması və dayanıqlı şəhər modellərinin formalaşdırılmasında müasir texnologiyaların rolu barədə məlumat verilib.
İnfosessiya iştirakçıların fəal iştirakı və şəhər planlaşdırmasının gələcəyinə dair maraqlı müzakirələrlə yadda qalıb.