icon Bütün xəbərlər

AZCON Holding-in stendində infosessiya: “Süni intellekt və ağıllı şəhərlər”

Paylaş
img

WUF13 çərçivəsində AZCON Holding-in stendində Milli Süni İntellekt Mərkəzi tərəfindən “Süni intellekt və ağıllı şəhərlər” mövzusunda infosessiya keçirilib.

Sessiyada süni intellekt texnologiyalarının “ağıllı” şəhər həllərində tətbiqi, şəhər infrastrukturunun optimallaşdırılması, məlumat əsaslı qərarvermə prosesləri və rəqəmsal transformasiyanın şəhər idarəçiliyinə təsiri barədə məlumat verilib.

İnfosessiyada gələcəyin “ağıllı” şəhərlərinə dair maraqlı fikir mübadiləsi aparılıb.

img
img