icon Bütün xəbərlər

AZCON Holding-in təşəbbüsü ilə 12 şirkətin İnformasiya Təhlükəsizliyi rəhbərləri ilə ilk “CISO Community” görüşü keçirilib

Paylaş
img

11 iyun 2025-ci il tarixində AZCON Holding-in təşəbbüsü ilə 12 şirkətin İnformasiya Təhlükəsizliyi rəhbərləri ilk “CISO Community” görüşündə bir araya gəliblər. Görüşün əsas məqsədi kibertəhlükəsizlik sahəsində qlobal trendləri, qarşıdakı riskləri, texnoloji yenilikləri və Azərbaycanın dayanıqlı kiberməkanının qurulmasında əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Bu yeni platforma vasitəsilə etibarlı, AZCON Holding daxilində dəstəkyönümlü və şəffaf kibertəhlükəsizlik icmasının formalaşdırılmasına start verilib. Görüşdə “AzInTelecom” tərəfindən “SOC-as-a-Service” xidmət modelinin təqdimatı edilib. Eyni zamanda “Azercell”, AZAL və ADY kimi iri şirkətlərlə bərabər, bütün holdinqdaxili şirkətlərin fərqli yanaşma və təcrübələri paylaşılıb.