icon Bütün xəbərlər

AZCON Holding və “Azercell Telecom” nümayəndələri Türk İnvestisiya Fondu ilə görüş keçirib

Paylaş
img

16 yanvar 2026-cı il tarixində AZCON Holding və “Azercell Telecom” nümayəndələri ilə Türk İnvestisiya Fondu arasında görüş keçirilib.

Görüşdə Fondun baş direktoru Ramil Babayev, maliyyə direktoru Betül Sarıkaya və investisiya direktoru Sanjar Usmanov iştirak ediblər.

AZCON Holding-i görüşdə maliyyə direktoru Taylan Tekeli, “Azercell Telecom”u maliyyə direktoru Tural Pirverdiyev, topdansatış üzrə rəhbər Deniz Bayındır və korporativ satış meneceri Ceyhun Tağıyev təmsil ediblər.

AZCON Holding və “Azercell” nümayəndələri  bağlantı və rəqəmsallaşma sahələrində həyata keçirilən mövcud və planlaşdırılan layihələr barədə ətraflı təqdimatla çıxış ediblər.

Görüşün sonunda Türk İnvestisiya Fondu, AZCON Holding və “Azercell” arasında tərəfdaşlığın genişləndirilməsi istiqamətində razılıq əldə olunub.

img