AZCON Holding WUF13-də!
17 – 22 may 2026-cı il tarixlərində keçiriləcək WUF13 çərçivəsində “Təhlükəsiz və dayanıqlı şəhərlər, icmalar üçün bağlantının inkişaf etdirilməsi” mövzusu ilə AZCON Holding Azərbaycanın dayanıqlı şəhər inkişafı və rəqəmsal transformasiya baxışını təqdim edəcək.
Tədbirdə AZCON-un iştirakı qlobal əməkdaşlıq, innovativ həllərin nümayişi və Azərbaycanın nəqliyyat-kommunikasiya potensialının beynəlxalq səviyyədə tanıdılması üçün strateji platformadır.
Stenddə Holdinq şirkətləri ilə birlikdə “ağıllı” şəhər və “ağıllı” nəqliyyat həlləri, rəqəmsal xidmət ekosistemi, dayanıqlı və “yaşıl” nəqliyyat yanaşmaları, enerji səmərəliliyi və innovativ texnologiyalar təqdim ediləcək.
AZCON Holding texnologiya və innovasiya əsaslı yanaşmalarla daha təhlükəsiz, dayanıqlı və əlaqəli şəhər və icmaların qurulmasına töhfəsini davam etdirir.