AZCON-un nümayəndə heyəti Sinqapurun "Temasek" şirkəti ilə görüşüb
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapurda “Temasek" şirkətinin portfolio inkişaf qrupu və korporativ strategiya üzrə birgə rəhbəri cənab Dinesh Khannanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı portfel şirkətlər arasında nəqliyyat və şəhər mobilliyi sahələrində gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə edilib. Eyni zamanda idarəetmə istiqamətində təşəbbüslərin icrası üçün potensial sahələrin müəyyənləşdirilməsi və təcrübə mübadiləsinin aparılması diqqət mərkəzində olub.