icon Bütün xəbərlər

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının cari ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib

Paylaş
img

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Müşahidə Şurasının 2026-cı ilin ilk rübünün nəticələrinə dair iclası keçirilib.

İclas zamanı ASCO-nun cari fəaliyyətinə dair hesabatlar dinlənilib, icra olunan layihələrin gedişatı və əsas əməliyyat göstəriciləri ətrafında müzakirələr aparılıb. Eyni zamanda cəmiyyətin maliyyə vəziyyəti, istehsal potensialının artırılması və idarəetmə proseslərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Müşahidə Şurasının iclasında qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib, strateji hədəflərə uyğun olaraq müvafiq tapşırıqlar verilib.

img
img