“AzInTelecom” Superkompüter Mərkəzi qurub
Paylaş
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanda Superkompüter Mərkəzi qurub.
Mərkəzin yaradılmasında məqsəd süni intellekt layihələrinin həyata keçirilməsi, ölkəmizin süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan verməkdir.
Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq.