“Aztelekom” MMC “Ultra-Broadband Resilient Network for AI Development” mükafatına layiq görülüb
AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC telekommunikasiya infrastrukturunun dayanıqlılığı və süni intellekt yönümlü şəbəkə həllərinin tətbiqi sahəsində əldə etdiyi nəticələrə görə beynəlxalq “Ultra-Broadband Resilient Network for AI Development” mükafatına layiq görülüb.
Mükafat İspaniyanın Barselona şəhərində keçirilən və dünyanın ən nüfuzlu mobil texnologiyalar sərgisi olan “Mobile World Congress” (MWC) çərçivəsində baş tutan “Green All-Optical Network Forum 2026” zamanı təqdim olunub. Təltif rəqəmsal transformasiya və telekommunikasiya sahəsində beynəlxalq analitik və konsaltinq qurumu olan “IDATE” tərəfindən həyata keçirilib.
Təqdim olunan mükafat “Aztelekom”un yalnız sürət və əhatə dairəsi baxımından deyil, həm də şəbəkənin etibarlılığı, elastikliyi və gələcək texnoloji tələblərə hazırlıq səviyyəsi üzrə beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir.