“Bakı Gəmiqayırma Zavodu” MMC və “KTZ Express Shipping” arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə Müqavilə imzalanıb
AZCON Holding şirkətlərindən olan “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “Samruk-Kazına” ASC-nin şirkətlər qrupuna daxil olan “KTZ Express Shipping” şirkəti arasında gəmiqayırma sahəsində əməkdaşlıq üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən müasir beynəlxalq standartlara uyğun iki ədəd quru yük gəmisinin inşası həyata keçiriləcək.
Bu əməkdaşlıq Orta dəhliz üzrə yük axınının artdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Beynəlxalq sifarişlərin çoxalması fonunda layihə yerli gəmiqayırma sənayesinin inkişafını sürətləndirməklə yanaşı, Zavodun istehsal gücünün artırılmasına və rəqabət qabiliyyətinin möhkəmlənməsinə də xidmət edəcək.
Beləliklə, beynəlxalq sifarişlər üzrə tikilən gəmilərin sayı artıq 4-ə çataraq Zavodun beynəlxalq bazarda artan nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisinə çevrilib.