“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə verilmiş “Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda “Bakı Metropoliteni” QSC-nin 2025-ci ilin doqquz ayı ərzində gördüyü işlərə dair hesabat təqdim olunub, qarşıdakı illər üçün büdcə proqnozları müzakirə olunub. Bununla yanaşı, Cəmiyyətin 2025-ci il üzrə əsas səmərəlilik göstəriciləri və rəqəmsal strategiyası nəzərdən keçirilib, maraq doğuran digər məsələlər diqqət mərkəzində olub.
AZCON-un əsas hədəfləri onun idarəetməsinə verilmiş dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsini, eləcə də bu müəssisələrin rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılmasını təmin etməkdir.