icon Bütün xəbərlər

Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib

Paylaş
img

AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti və ölkəmizdə səfərdə olan Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Gəmiqayırma Zavoduna səfər edib.

Səfər zamanı qonaqlara zavodun fəaliyyəti, istehsal gücü və texnoloji imkanları barədə məlumat verilib. Həmçinin gəmiqayırma sahəsində həyata keçirilən layihələr, ixrac potensialı, iki ölkə arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

img
img
img
img