icon Bütün xəbərlər

“Rəqəmsal körpü” Təcrübə Proqramının 2-ci dalğasının açılışı baş tutub

Paylaş
img

AZCON Holding tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal körpü” Təcrübə Proqramının 2-ci dalğasının açılışı olub.

Tədbir çərçivəsində çıxış edənlər proqramın əhəmiyyəti, məqsəd və strukturu ilə bağlı məlumat veriblər.

2026-cı ilin 1 iyul – 11 sentyabr aylarını əhatə edəcək proqram seçim mərhələlərini uğurla keçmiş 103 iştirakçıya müvafiq sahə üzrə təcrübəli mütəxəssislərlə birgə çalışma, onların təcrübəsindən faydalanma, həmçinin peşəkar iş mühitini yaxından tanıma imkanı yaradacaq.

Təcrübə dövründə iştirakçılar, həmçinin müxtəlif öyrənmə və inkişaf fəaliyyətlərinə cəlb olunacaq, onlara mentorluq dəstəyi göstəriləcək və rəqəmsal tədris platformalarına çıxış imkanı təmin ediləcək.

İnformasiya texnologiyaları sahəsində kadr hazırlığının ölkəmizdəki rəqəmsal arxitekturanın inkişafındakı önəmini özündə əks etdirən bu proqram gənclərə öz ixtisasları üzrə peşəkarlıq səviyyəsinin artırılması imkanı yaratmaqla rəqəmsal transformasiya istiqamətində insan kapitalının formalaşmasını hədəfləyir.

img
img
img
img