icon Bütün xəbərlər

“Rəqəmsal körpü” Təcrübə Proqramının 2-ci dalğasının bağlanış mərasimi keçirilib

Paylaş
img

AZCON Holding tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal körpü” Təcrübə Proqramının 2-ci dalğasının bağlanış mərasimi olub.

1 iyul – 11 sentyabr 2026-cı il tarixlərini əhatə edən proqram çərçivəsində seçim mərhələlərini uğurla tamamlamış 103 iştirakçıya öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışmaq, onların peşəkar təcrübəsindən yararlanmaq və real iş mühiti ilə yaxından tanış olmaq imkanı yaradılıb.

Proqram müddətində iştirakçılar müxtəlif təlim və inkişaf fəaliyyətlərinə cəlb olunub, mentor dəstəyi ilə təmin edilib, həmçinin rəqəmsal tədris platformalarından faydalanmaq imkanı əldə ediblər.
 
İnformasiya texnologiyaları sahəsində kadr hazırlığının ölkəmizdəki rəqəmsal arxitekturanın inkişafındakı önəmini özündə əks etdirən bu proqram gənclərə öz ixtisasları üzrə peşəkarlıq səviyyəsinin artırılması imkanı yaratmaqla rəqəmsal transformasiya istiqamətində insan kapitalının formalaşmasını hədəfləyir.

img
img
img
img
img
img