İcraçı ofis
Ön ofis təmsilçisi
AZCON Holding ön ofis təmsilçisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Ziyarətçilərin və qonaqların peşəkar qarşılanması və yönləndirilməsi;
- Daxil olan telefon zəngləri və yazılı müraciətlərin cavablandırılması və aidiyyəti şəxslərə yönləndirilməsi;
- Ofisə daxil olan sənədlərin qəbulu, qeydiyyatı və uyğun bölmələrə çatdırılması;
- Gündəlik görüş və iclasların təqvimə uyğun koordinasiyası və iştirakçıların məlumatlandırılması;
- Müvafiq qeydiyyat aparılması və məlumat bazalarının yaradılması;
- Qarşılama zonasının səliqəli və nizamlı saxlanılmasının təmin edilməsi;
- Ümumi inzibati dəstəyin (çap, skan, sənəd dövriyyəsi) göstərilməsi.
Əsas tələblər:
- Ali təhsil (bakalavr dərəcəsi);
- Azərbaycan dili (ana dili), rus dili (yüksək səviyyədə), ingilis dili (orta səviyyədə);
- “MS Office” (Word, Excel, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Yüksək səviyyə ünsiyyət və müştəriyönümlü yanaşma;
- Dəqiq, məsuliyyətli və nəzakətli davranış;
- Komandada və fərdi şəkildə işləmək bacarığı;
- Peşəkar görünüş və etik davranış standartlarına uyğunluq;
- Oxşar sahələrdə (qeydiyyat, administrativ dəstək) ən azı 1 il iş təcrübəsi arzuolunandır.
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “Ön ofis təmsilçisi” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.