Rəqəmsal transformasiya

Strateji təşəbbüslər üzrə böyük analitik

AZCON Holding strateji təşəbbüslər üzrə böyük analitik vəzifəsinə vakansiya elan edir. 

Əsas tələblər:

  • İT layihə meneceri (IT Project Manager) rolu üzrə minimum 3-5 il aktiv iş təcrübəsi; 
  • Rəqəmsal transformasiya, İT infrastruktur və ya kross-funksional rəqəmsal layihələrin idarə edilməsində son dövrlərə aid uğurlu layihə tarixçəsi (track record);
  • Kross-funksional (müxtəlif departament və qurumları əhatə edən) İT layihələrinin uğurlu icrası üzrə real iş təcrübəsi (track record);
  • Holdinq tipli korporativ strukturlarda və ya çoxsaylı törəmə qurumları/müəssisələri əhatə edən mürəkkəb mühitlərdə layihə idarəetmə təcrübəsi (üstünlükdür);
  • Rəhbərlik və müxtəlif maraqlı tərəflərlə effektiv işləmək, layihə statuslarını təqdim etmək təcrübəsi;
  • Layihə və portfel idarə edilməsi yanaşmaları ilə yanaşı, “agile” metodologiyaları (Scrum, Kanban və s.) və PMO idarəetmə prinsipləri üzrə təcrübə;
  • Çoxmədəniyyətli (multicultural) və ya geniştərkibli, böyük layihə komandalarının idarə edilməsində təcrübə,
  • Xarici və yerli vendorlarla iş və müqavilə öhdəliklərinin (SLA) icrasına nəzarət təcrübəsi;
  • Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə), rus dili (yüksək səviyyədə)
  • Layihə idarəetmə metodologiyaları, “governance” (idarəetmə standartları) və sənədləşdirmə sistemləri üzrə dərin biliklər; 
  • Analitik düşünmə, mürəkkəb biznes proseslərini anlamaq, onları vizuallaşdırmaq və biznes tələblərini texniki komandaya (technical team) effektiv və anlaşıqlı dildə ötürmək bacarığı; 
  •  Yüksəksəviyyəli kommunikasiya, təqdimat və maraqlı tərəfləri (stakeholders) idarəetmə bacarıqları;
  • PMP, PgMP və ya analoji beynəlxalq sertifikatların olması arzuolunandır;
  • İT sahəsində texniki anlayışın (infrastruktur, proqram təminatı, sistem inteqrasiyaları və s.) olması üstünlükdür.

Vəzifə funksiyaları:

  • Holdinq daxilində və onun qurumlarında icra olunan İT və rəqəmsal fəaliyyətlərin və layihələrin portfel səviyyəsində idarə edilməsi, portfel məlumatlarının mütəmadi yenilənməsi, sənədləşdirilməsi və hesabatlığının aparılması; 
  • Yüksək prioritetli və strateji əhəmiyyətli rəqəmsal transformasiya layihələrinin planlanması, icrası və təhvilinin birbaşa idarə edilməsi; 
  •  Proqram, layihə və İT və rəqəmsal yönümlü bütün digər təşəbbüsləri əhatə edən illik İT və rəqəmsal fəaliyyət portfelinin planlaşdırılması, analizi və hesabatların hazırlanması; 
  • Holdinqə daxil olan qurumlar və xüsusilə onların İT və rəqəmsal departamentləri ilə sıx və effektiv əməkdaşlığın qurulması, koordinasiyanın təmin edilməsi; 
  • Cari və gələcək layihələr üzrə yerli və qlobal vendorlarla işgüzar münasibətlərin idarə edilməsi, texniki-kommersiya təkliflərinin təhlili prosesində iştirak; 
  • Biznes istiqamətlərinə və funksional strukturlara İT və rəqəmsal ehtiyacların müəyyənləşdirilməsi, biznes tələblərinin rəqəmsal həllərə çevrilməsi və layihə təşəbbüslərinin əsaslandırılması prosesində birbaşa iştirak; 
Bizimlə əlaqə:

Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “Strateji təşəbbüslər üzrə böyük analitik” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət forması

icon
Fayl əlavə et
Faylın ölçüsü maksimum 3 mb olmalıdır. Yalnız PDF fayl yükləyə bilərsiniz.